Bundan 11 il öncə biz körpə bir uşaq idik
Yuxudan durar-durmaz tez məktəbə tələsərdik
Dərd nədir bilməzdik, savaşardıq amma küsməzdik
Bir gülüb bir əylənərdik
Axı niyə bu qədər tez gəldi keçdi uzun illər?
Bizə məktəbə gəlin deyən müəllimlər
İndi isə əlvida deyirlər
Artıq bizə qalan doğma məktəbdən
Son zəng bir də xoş xatirələr
Artıq bizə qalan doğma məktəbdən
Son zəng bir də xoş xatirələr
Biz gedirik, vida edirik, bizdən birdə olmayacaq
O sinifdə, o partada, başqa şagirdlər oxuyacaq
Biz gedirik, vida edirik, bizdən birdə olmayacaq
O sinifdə, o partada, başqa şagirdlər oxuyacaq
Başqa şagirdlər oxuyacaq
Başqa şagirdlər oxuyacaq