Analar körpəsinə çalarkən layla
Bütün kənd, şəhərlər yatır yuxuda
Gözüm pəncərədə fikirim səmada
Mən sirdaş oluram ulduzla ayla
Gözüm pəncərədə fikirim səmada
Mən sirdaş oluram ulduzla ayla
Düşünsəm sübhə qədər mənə nə fayda?
Arzum çin olmaz ki dünya qopsa da
Tanrının tək adı: səbr edəcəyəm
Ümüdsüz olmasın kimsə dünyada
Düşünsəm sübhə qədər mənə nə fayda?
Arzum çin olmaz ki dünya qopsa da
Tanrının tək adı: səbr edəcəyəm
Ümüdsüz olmasın kimsə dünyada
Yastığım nəmli qalır gecələr ağlamaqdan
Əlim-qolum bağlı isə nə istəyim həyatdan?
Arzum gözümdə qaldı bezdim yaşamaqdan
Təsəllim mahnılardır əl üzdüm bu dünyadan
Yastığım nəmli qalır gecələr ağlamaqdan
Əlim-qolum bağlı isə nə istəyim həyatdan?
Arzum gözümdə qaldı bezdim yaşamaqdan
Təsəllim mahnılardır əl üzdüm bu dünyadan